Mülki Aviasiya Agentliyi - Gürcüstan və Rusiya arasında uçuşların yalnız sanksiya tətbiq olunmayan aviaşirkətlər və təyyarələrlə həyata keçiriləcəyi Gürcüstanın qəti mövqeyidir
Mülki Aviasiya Agentliyi - Gürcüstan və Rusiya arasında uçuşların yalnız sanksiya tətbiq olunmayan aviaşirkətlər və təyyarələrlə həyata keçiriləcəyi Gürcüstanın qəti mövqeyidir

 
Gürcüstan və Rusiya Federasiyası arasında uçuşların yalnız sanksiya tətbiq olunmayan aviaşirkətlər və təyyarələrlə həyata keçiriləcəyi Gürcüstanın qəti mövqeyidir-bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin bəyanatında deyilir.

Verilmiş məlumatda Mülki Aviasiya Agentliyinə təqdim olunan bütün müraciətlər, aviaşirkətlər tərəfindən təqdim edilən məlumatlar və ya sənədlərin sanksiyalar baxımdan ətraflı şəkildə öyrəniləcəyi və müxtəlif mexanizmlərlə yoxlanılacağı deyilir.

“Mülki Aviasiya Agentliyi sanksiyalara əməl edən və eyni zamanda Rusiya Federasiyası ilə birbaşa hava əlaqəsi olan ölkələrin nümunələrini öyrənir və məsləhətləşmələr aparır.

Nəzərinizə çatdırırıq ki, bu gün etibarı ilə Gürcüstanın Mülki Aviasiya Agentliyinə bir neçə aviaşirkətdən Gürcüstan və Rusiya arasında müntəzəm hava reyslərini həyata keçirmək tələbi ilə bağlı müraciətlər daxil olub.

Xüsusilə qeyd edirik ki, Mülki Aviasiya Agentliyinə təqdim edilən hər bir müraciətlə bağlı beynəlxalq sanksiyalar və məhdudiyyətlər baxımından aviaşirkətlərin və ya onların təyyarələrinin mövcud statusu ətraflı şəkildə öyrənildikdən sonra qərar veriləcək və uçuş icazələri yuxarıda qeyd olunan prinsipə uyğun olaraq veriləcək” -deyə məlumatda qeyd olunub.