Mülki Aviasiya Agentliyi - Avropa İttifaqının qara siyahısına daxil edilməyən "Azimuth Airlines" Gürcüstan və Rusiya arasında uçuşlara başlayır
Mülki Aviasiya Agentliyi - Avropa İttifaqının qara siyahısına daxil edilməyən "Azimuth Airlines" Gürcüstan və Rusiya arasında uçuşlara başlayır

 

“Azimuth Airlines” Gürcüstan və Rusiya Federasiyası arasında uçuşlar həyata keçirməyə başlayır. Bu günə olan göstəricilərlə “Azimuth Airlines” Aİ-nin qara siyahısına düşməyib. Bu barədə Mülki Aviasiya Agentliyi məlumat yayır.

Agentliyin məlumatına əsasən, Gürcüstanın Mülki Aviasiya Agentliyi tərəfindən uçuşların həyata keçirilməsi üçün zəruri icazə aviaşirkətə bu gün, cari ilin mayın 15-də verilib.

“Aviaşirkətin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi uçuş müraciətinə əsasən, Moskva-Tbilisi-Moskva hava xətti üzrə uçuşlar cari ilin mayın 17-dən həftədə yeddi tezlikdə yerinə yetiriləcək”- deyə yayılmış məlumatda deyilir.