Müxtəlif şəhər və munisipalitetlərdə mənzil və torpaq sahəsi 630 məcburi köçkün ailəsinin mülkiyyətinə veriləcək
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, 630 məcburi köçkün ailəsinin mülkiyyətinə yaşayış evləri, eləcə də müxtəlif şəhərlərdə və munisipalitetlərdə torpaq sahələri veriləcək.
Onun sözlərinə görə, Gürcüstanın səhiyyə naziri İqtisadiyyat Nazirliyi ilə birlikdə məsələni hazırlayıb və hökumət qərar verib.
“Bu gün daha bir mühüm məsələ qaldırırıq. 630 məcburi köçkün ailəsinin mülkiyyətinə yaşayış evləri, eləcə də müxtəlif şəhərlərdə və munisipalitetlərdə, o cümlədən Rustavi, Kutaisi, Batumi, Tbilisi, Qardabani, Qori, Zuqdidi, Kareli, Mtsxeta, Xoni, Bağdati, Abaşa, Xobi, Xaşuri və Zestafonidə torpaq sahələri veriləcək. Ümumilikdə, 630 məcburi köçkün ailəsinin mülkiyyətinə dövlət əmlakı veriləcək, qanuniləşdiriləcək. Bu, cənab Zurab Azaraşvili tərəfindən İqtisadiyyat Nazirliyi ilə birgə hazırlanmış və hökumət tərəfindən qərarlaşdırılmış mühüm məsələdir”- deyə İrakli Ğaribaşvili bildirib.