Müxtəlif ölkələrin səfirləri Daxili İşlər Nazirliyinin "Tbilisi prayd" həftəliyi çərçivəsində keçirdiyi tədbirləri müsbət qiymətləndirir və idarəyə təşəkkür edir
Müxtəlif ölkələrin səfirləri “Tbilisi prayd” həftəliyi tədbirlərin təhlükəsiz keçirilməsinə görə, Daxili İşlər Nazirliyinə təşəkkür edirlər. İsrail səfiri, Ran Gidor Daxili İşlər Nazirliyinin həyata keçirdiyi işləri nümunəvi adlandırır.
“Builki “Tbilisi prayd” həftəliyi zamanı təhlükəsizlik tədbirlərinin nümunəvi həyata keçirilməsinə görə, Gürcüstan Daxili İşlər Nazirliyini təbrik edirəm. Gürcüstan Konstitusiyasında təsbit olunmuş bərabərlik və müxtəliflik dəyərlərini effektiv şəkildə qorumaq üçün diqqətli planlaşdırma, sensitiv dialoq və amansız liderlik tələb olunurdu”, – Ran Qidor “tvitterdə” yazır.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının daimi nümayəndəsi Nik Beresford polisə təşəkkür edir.
“Tbilisi Prayd”-da iştirak edən bütün şəxslərin müdafiəsi üçün qanunun aliliyini təmin etdiyinə görə Daxili İşlər Nazirliyinə və onun polisinə verilən təşəkkürlərə qoşuluram. Bu, Gürcüstanda insan hüquqlarının müdafiəsi baxımından irəliyə doğru mühüm addımdır”, – Beresford yazır.
Norveçin Gürcüstan və Ermənistandakı səfiri Helene Sand Andersen şəxsi “tvitter” səhifəsində post dərc edir və Daxili İşlər Nazirliyinə və bütün polis əməkdaşlarına təşəkkür edir.
“Tbilisi Praydı” Tbilisidə gözəl həftəlik münasibətilə təbrik edirəm! Gürcüstanda keçiriləcək festivalda sizinlə olmaq çox xoşdur. Gürcüstanın Daxili İşlər Nazirliyinə və bütün polislərə insanların təhlükəsizliyini qoruyan yaxşı işə görə təşəkkür edirəm. Bu, insan hüquqlarının qələbəsidir”, – Helene Sand Andersen yazır.
Fransanın Gürcüstandakı səfiri Dieqo Kolas Daxili İşlər Nazirliyinin gördüyü işləri müsbət qiymətləndirir.
“Tbilisi prayd” möhtəşəm, həyəcanlı, düşüncəli, şən həftəlik münasibətilə təbrik edirəm. Görülən işlərə, ölkə konstitusiyasının və əsas azadlıqların yaxşı qorunmasına görə Gürcüstanın Daxili İşlər Nazirliyini tərifləmək istəyirım. Ayrı-seçkiliyə qarşı mübarizə və hər kəsin, o cümlədən LGBTQ+ hüquqlarının müdafiəsi əsas məsələdir”, – Dieqo Kolas yazır.
“Tbilisi Prayd” həftəliyi çərçivəsində keçirilən tədbirlərə “tvitter” səhifəsində Niderlandın Gürcüstandakı səfiri Mayk Van Koldam əks səda verir.
“Hamının bərabər hüquqlarının qeyd ediriki, Tbilisi Prayd Festivalının və Gürcüstanda 2022 Prayd həftıiyinin uğurla başa çatmasını qeyd edirik. Tədbirin təşkilatçılarını və Tbilisi Prayd komandasını, həmçinin Daxili İşlər Nazirliyini təhlükəsizliyin təmin edilməsinə və fundamental hüquqların qorunmasına görə təbrik edirəm”, – Niderlandın səfiri yazır.