Muxrovanidə Beynəlxalq Snayper Kursu başa çatdı
Gürcüstan Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığı beynəlxalq snayper kursu keçirib. Gürcüstan, Rumıniya və Polşa xüsusi əməliyyat qüvvələrinin nümayəndələri gürcü təlimatçıları tərəfindən təlim keçiblər.
İki həftə ərzində kursantlar çətin relyef şəraitində müxtəlif məsafələrdən atəş tapşırıqlarını yerinə yetirib və uzaq məsafəyə atəşaçma bacarıqlarını təkmilləşdiriblər. Təlimin yekun hissəsi Muxrovan poliqonunda baş tutub və burada onlar snayper tüfəngləri ilə müxtəlif məsafələrə atəş açıblar.
Beynəlxalq snayper kursunun bağlanış mərasimi Muxrovanidə, mayor Qela Çedia adına Xüsusi Əməliyyat Komandanlığının bazasında keçirilib.
Tədbirdə Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat komandanı, polkovnik Teymuraz Qlateyişvili, komandanlığın nümayəndələri və NATO-Gürcüstan Mahiyyətli Paketinin (SNGP) rəsmi şəxsləri iştirak ediblər.
Məzunlara müvafiq sertifikatlar və döş nişanları təqdim edilib.
Snayper məktəbinin beynəlxalq kursunun məqsədi tərəfdaş ölkələrlə əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq və beynəlxalq təcrübəni bölüşməkdir.
Gürcüstan Müdafiə Nazirliyi məlumat yayır.