Muxatqverdi qardaşlar məzarlığında Qiorqi Andzuxelidzenin xatirəsi yad edilib
Muxatqverdi qardaşlar məzarlığında Qiorqi Andzuxelidzenin xatirəsi yad edilib

 

Avqustun 18-i Gürcüstanın Milli Qəhrəmanı, baş çavuş Qiorqi Andzuxelidzenin doğum günüdür. Bu gün onun 38 yaşı tamam olacaqdı.

Muxatqverdi qardaşlar məzarlığında, 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsində qəhrəmancasına həlak olmuş döyüşçünün məzarı başına onun ailə üzvləri, yoldaşları, Qiorqi Andzuxelidze adına Çavuşlar Akademiyasının və IV Piyada Briqadasının 41-ci batalyonunun hərbi qulluqçuları toplaşıblar . Onlar qəhrəmanın məzarını əklillə bəzəyərək, xatirəsini ehtiramla yad ediblər.

Bu gün Qiorqi Andzuxelidzenin məzarı üzərinə xatirə daşı qoyulub. IV Piyada Briqadasının 41-ci batalyonunun hərbi qulluqçuları milli qəhrəmanın ailəsinə rəmzi hədiyyə – üzərində “Xidmətinizə və töhfələrinizə görə təşəkkür edirik” yazılmış fəxri lövhə təqdim ediblər.

Kiçik çavuş Qiorqi Andzuxelidze IV Piyada Briqadasının 41-ci batalyonunun hərbi qulluqçusu idi. Qiorqi Andzuxelidze 1-ci dərəcəli Vaxtanq Qorqasali ordeni, “Vətənə fədakarlıq” idarə medalı ilə təltif edilib, milli qəhrəman adına layiq görülüb və çavuşlar akademiyası onun adını daşıyır.