Müxalifətin liderləri və onların tərəfdarları yürüş keçirirlər. Aksiya iştirakçıları Apellyasiya Məhkəməsindən Stansiya Meydanı istiqamətində yürüş edirlər.
Onlar şüar səsləndirirlər – “Hara gedirik, Avropaya”.
Nika Melia, Qiorqi Vaşadze, Tina Bokuçava, Mamuka Xazaradze, Badri Caparidze, Saba Buadze, Zurab Caparidze, Sopo Caparidze və başqaları onların yanındadır.
Bu gün müxalifətin liderləri Apellyasiya Məhkəməsinin yanına toplaşmışdılar. Dünən aksiyanın İdman Sarayının yaxınlığında keçiriləcəyi elan edildi, lakin bu gün müxalifət qərarını dəyişdi. Müxalifətin liderləri, Tetritsğaro məhkəməsinin qərarından sonra planın dəyişdiyini dedilər. Onların sözlərinə əsasən, Apellyasiya Məhkəməsindən ədalətli müzakirəni tələb etmək mühüm idi. Bununla yanaşı, Apellyasiya Məhkəməsində bu günə təyin olunmuş şikayətlərin müzakirəsi təxirə salınıb.