Müxalifətdən olan deputatlar "Xalqın Gücü"nün təmsilçilərinə mediaya şərh vermək imkanı verməyiblər
Müxalifətdən olan deputatlar "Xalqın Gücü"nün təmsilçilərinə mediaya şərh vermək imkanı verməyiblər

 

Müxalifətdən olan bir neçə deputat Daçi Beraia və Eka Sepaşviliyə mediaya şərh vermək imkanı verməyiblər.

Xatuna Samnidze, Ana Natsvlişvili və Xatia Dekanoidze “Rus qanununa yox” şüarları ilə “Xalqın Gücü”nün üzvlərinin yanına gediblər. Onlara hərəkatın təmsilçilərinə qanun layihəsi ilə bağlı jurnalistlərə cavab vermək imkanı verməyiblər.

“Respublika Partiyası”nın sədri Xatuna Samnidzenin qeyd etdiyi kimi, onlar mandat çərçivəsində hər şeyi edəcəklər və rus qanununun müəllifləri olduqlarını hər dəfə onlara xatırladacaqlar.

“Öz mandatımız və imkanlarımız çərçivəsində hər bir insanın fərdi məsuliyyət hiss etməsi üçün hər şeyi edəcəyik. Bu, komanda qərarı deyil. Ölkənin ruslaşdırılmasına qol çəkib-çəkməmək, müstəqilliyin əlindən alınıb-alınmaması şəxsi məsuliyyətdir. Mandatımız çərçivəsində biz hər dəfə fürsətdən istifadə edəcəyik və bu insanlara rus qanununun müəllifləri olduqlarını xatırladacağıq” -deyə Xatuna Samnidze açıqlayıb.