Müxalifətdən olan deputatlar ilə parlament əksəriyyəti arasında parlamentdə bir neçə qarşıdurma baş verib
Müxalifətdən olan deputatlar ilə parlament əksəriyyəti arasında parlamentdə bir neçə qarşıdurma baş verib

 

Müxalifətdən olan deputatlar ilə parlament əksəriyyəti arasında parlamentdə bir neçə qarşıdurma baş verib. İclas zalından kənarda bir neçə insident baş verib.

O cümlədən, deputatlar arasında qarşıdurma “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin brifinq keçirdiyi vaxt başlayıb. “Quruculuq Strategiyası”nın lideri Q.Vaşadze İrakli Kobaxidzenin yanına gedərək ona “rus casuslarını müdafiə etdiyini” deyib.

Bundan sonra bir neçə deputat arasında fiziki qarşıdurma yaşanıb və Mandatur Xidmətinin nümayəndələri vəziyyətin deeskalasiyasın çalışıblar.

Hazırda parlamentdə sakitlik hökm sürür. İclas zalında “Nazir saatı” formatında Tea Tsulukianini dinləyirlər. Müxalifət etiraz əlaməti olaraq iclasda iştirak etmir.