Müxalifət liderləri və onların tərəfdarları yürüşə başçılıq edirlər
Müxalifət liderləri və onların tərəfdarları metronun “Universitet” və “Marcanişvili” stansiyasından yürüş edir. Onların tələbi təkrar seçkilərin keçirilməsidir.
Mitinq iştirakçılarının bir hissəsi Prezident Administrasiyasına doğru yürüş edib, daha sonra yürüşü Filarmoniyaya qədər davam etdiriblər.
Yürüş iştirakçılarının fikrincə, vətəndaşlar ayılıb aksiyalara qoşulmalıdırlar. Həmçinin mitinq iştirakçıları bildirirlər ki, əsas etiraz MSK-nın seçkilərin yekun nəticələrini açıqlayacağı və Milli Məclisin ilk iclasının keçiriləcəyi gün olmalıdır.
Yürüş Qəhrəmanlar Meydanında başa çatacaq.