Mühacirətdən qayıdan 88 Gürcüstan vətəndaşına qrantlar veriləcək
Mühacirətdən qayıdan 88 Gürcüstan vətəndaşına qrantlar veriləcək

 

Məcburi Köçkünlər Agentliyinin məlumatında mühacirətdən qayıdan 88 Gürcüstan vətəndaşına gəlir mənbəyinin yaradılması, məşğulluğun təşviqi və özünüməşğulluğun təmin edilməsi üçün qrant veriləcəyi deyilir.

Məcburi Köçkünlər, Ekomiqrantlar və Dolanışıq Mənbələrinin Təminatı Agentliyi qayıtmış mühacirlərin reinteqrasiya-yardım üzrə dövlət proqramını həyata keçirir və onun məqsədi reinteqrasiya prosesinə dəstək verməkdir. Proqram iştirakçıları fəaliyyəti başlatmaq və ya genişləndirmək üçün lazımi avadanlıq və inventar seçirlər.

Onların vətənə qayıtdıqdan sonra gəlir mənbəyinin olması və ölkəni tərk etməmələri vacibdir. Agentlik ildə iki dəfə gəlir layihələrinin maliyyələşdirilməsindən yararlanmaq istəyənlərin müraciətlərinin qəbulunu elan edir. Reinteqrasiya-yardım  üzrə Dövlət Proqramı peşə təhsilinin təşviqi, tibbi yardım və müvəqqəti yaşayış yerləri ilə təminatı da nəzərdə tutur.

Qrantın veriləcəyi qayıtmış mühacirlərin siyahısı agentliyin saytında dərc olunub.