“Mühafizəkarlar Hərəkatı”nın üzvləri “Gürcü arzusu”nun ofisi yaxınlığında aksiya keçirirlər
“Gürcü arzusu”nun mərkəzi ofisinin yaxınlığında aksiya keçirilir. “Mühafizəkarlar Hərəkatı”nın üzvləri və onların tərəfdarları, o cümlədən “Altinfo” nümayəndələri ofisin yaxınlığında, Sülh körpüsü ilə Patriarxlıq binası arasındakı yolu bağlayıblar.
Aksiya iştirakçıları bir neçə gün əvvəl Ədliyyə Palatasının “Mühafizəkarlar Hərəkatı”na qeydiyyatını ləğv etməsinə, bu səbəbdən partiyanın seçkilərdə iştirak edə bilməyəcəyinə etiraz edirlər.Aksiya iştirakçıları etiraz əlaməti olaraq “Gürcü arzusu”nun bayrağını yandırıblar.
Polis hadisə yerinə səfərbər olunub.
Ədliyyə Palatasının belə qərara gəlməsinə səbəb sənədləşmə qanunvericiliyinin tələblərinə əməl edilməməsi olub. Konstantine Morqoşianın sözlərinə görə, “Gürcü arzusu” onların partiyasını siyasi səbəblərə görə ləğv edib, çünki səslərini əlindən almaq istəyirlər, lakin buna imkan verməyəcəklər. Partiya lideri partiyanın qeydiyyatı bərpa olunmasa, onların kütləvi piketə başlayacaqlarını bildirir.