Müğənni Areta Franklin 76 yaşında vəfat etdi

Soul-un kraliçəsi kimi tanınan Areta Franklin 76 yaşında vəfat etdi.

Associated Press tərəfindən yayılan məlumata görə, müğənni Detroitdəki evində vəfat etdi.

2010-cu ildə müğənniyə xərcəng diaqnozu qoyulmuşdu.

Areta Franlkin son göstərişini keçən ilin noyabr ayında, müğənni Elton Conun fondunun dəstəyi ilə keçirdi.

Memfisdə doğulan müğənni xüsusi populyarlığı Respect, Natural Woman, ThinkI Say a Little Prayer mahnıları ilə qazandı.

2005-ci ildə soul kraliçəsini ABŞ prezidenti Corc Buş “Milyonlarla amerikalıların qəlbini qazandığı” üçün prezident medalı ilə mükafatlandırıldı.

Areta Franklin mahnı oxumağa 18 yaşında, baptist kilsəsində başladı. 

Əfsanəvi müğənni öz karyerası ərzində 18 dəfə Grammy mükafatını alıb.

Cəmi olaraq, Areta Franklinin mahnılarının 75 milyon diski satılıb.