Müəyyən yol hissələrində məhdudiyyətlərin bir hissəsi aradan götürüldü
Müəyyən yol hissələrində məhdudiyyətlərin bir hissəsi aradan götürüldü

Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Kutaisi(motsameta)-Tğibuli-Ambrolauri avtomobil yolunun km39-km62 (Nakerala aşırımı) hissəsində hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edildi.

Bununla yanaşı, beynəlxalq əhəmiyyətli Axalkalaki-Kartsaxi avtomobil yolunun və Axaltsixe-Ninosminda avtomobil yolunun km28-km112 hissəsində yedəkli, yarımyedəkli və tutumu 30 yerdən çox olan avtobusların hərəkəti bərpa olunub.