Gürcüstanın Müdafiyə Nazirliyi yeni rezerv konsepsiyasını hazırlayıb.
Bu məsələ ilə bağlı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökümət iclasında danışdı
Baş nazirinin qeyd etdiyinə görə, yeni konsepsiya total müdafiyə məsələlərinə Gürcüstan vətəndaşlarının qoşulmasını və mobilizasiya resurslarının optimal şəkildə istifadəsini nəzərdə tutur.
“Bir şey bəllidir ki, yaxın tariximiz də göstərdi ki, hazırki rezerv və mobilizasiya sistemi ciddi reorqanizasiya tələb edir və güclü rezerv sistemi isə, ölkəmiz üçün çox vacibdir.
Qeyd edilməlidir ki, konsepsiyaya əsasən, mobilizasiya rezervi ilə bərabər fəal rezervin üç müxtəlif şəkli var – xoşməramlı hərbi xidmət, kontraktla xidmət və maaşla xidmət. Gürcüstan vətəndaşı bu sistemdə özünü elə tapmalıdır ki, vətəndaş fəaliyyətindən qopmasın.
Həyata keçirdiyi işlər üçün Müdafiyə Nazirliyinə və şəxsən nazir Levan İzoriaya təşəkkürümü bildirmək istəyirəm. Mən nanıram ki, nəticədə biz balanslaşdırılmış, doğru və ölkənin ehtiyaclarını qane edən bir sistem əldə edəcəyik” – dedi Kvirikaşvili.