Müdafiə Qüvvələrinin nümayəndələri axtarış-xilasetmə işlərini fasiləsiz olaraq həyata keçirirlər
Gürcüstanın Müdafiə Qüvvələrinin nümayəndələri Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti ilə koordinasiyalı şəkildə təbii fəlakət bölgəsində fasiləsiz olaraq axtarış-xilasetmə işləri aparırlar.
Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, 3-cü Piyada Briqadası və Şərq Komandanlığının Döyüş-Mühəndis Batalyonunun xilasedicilərlə birgə işlərə cəlb olunduğu təbii fəlakətin episentrində 3-cü Piyada Briqadasının şəxsi heyəti “Sunset Shovi” mehmanxanasının ərazisində torpaq kütləsindən təmizləmə və axtarış işlərini aparır.
“İşlər xüsusi texnika vasitəsilə həyata keçirilir. Milli Qvardiyanın hərbi qulluqçuları, ehtiyatda olan hərbçilər və xilasedicilər isə Şovidən Ambrolauri istiqamətində Chancaxa və Rioni çaylarının məcralarında monitorinq aparırlar. Çaylarda monitorinq işləri görülən tədbirlərin effektivliyinin artmasına xidmət edir” – deyə nazirliyin məlumatında bildirilir.