Müdafiə Qüvvələrinin hərbi qulluqçuları Şovidə fəlakət zonasında işləməyə davam edirlər
Gürcüstan Müdafiə Qüvvələrinin hərbi qulluqçuları Şovi kurortunda cari axtarış və fəlakətin nəticələrinin aradan qaldırılması işlərini aktiv olaraq davam etdirirlər.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, hərbçilər təbii fəlakət bölgəsində iki yerdə işləyirlər. Müdafiə Qüvvələrinin ağır texnikası və təchizatı əraziyə səfərbər olunub. Lazım gələrsə, dərhal əlavə texnika cəlb etmək mümkün olacaq.
“Axtarış-xilasetmə işlərinə Şərq və Qərb komandanlıqlarının hərbi xidmətçiləri, döyüş-mühəndis bölmələri, Maddi-Texniki Təminat Komandanlığının və Milli Qvardiyanın 10-cu kadrlaşdırılmış briqadasının 102-ci Ərazi Müdafiə Batalyonu qoşulub. Hərbi qulluqçular Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin xilasedicilərinə dəstək məqsədilə fəal tədbirlər həyata keçirirlər” -deyə məlumatda deyilir.