Müdafiə Qüvvələrinin Baş Qərargahında hərbi qulluqçuların təltifetmə mərasimi keçirilib
Gürcüstan Müdafiə Qüvvələri-nin Baş Qərargahında hərbi qulluqçuların təltifetmə mərasimi keçirilib.
Giorgi Matiyaşvili hərbi qulluqçulara sertifikatlar və döş nişanları təqdim edib. O, hərbçilərə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə təşəkkür edib və onlara vətənə xidmət yolunda uğurlar arzulayıb.
Müdafiə Qüvvələrində ənənə halını almış praktika üzrə hər rübdə ən yaxşı hərbçilər seçilir. Bu dəfə müxtəlif bölmələrdən aşağıdakı hərbi qulluqçular seçilib: baş leytenant Şamil Giglemyani, leytenant Zurab Qogiashvili, serjant Zurab Bendeliani, kiçik serjant Giorgi Çinçarauli və kapral Zurab Lomidze.
Ən yaxşı hərbçilərin seçimi disiplin, fiziki və döyüş hazırlığı səviyyəsi, vəzifələrin yerinə yetirilmə keyfiyyəti, qərarvermə və komanda işi bacarıqları kimi meyarlara əsasən aparılır.
Layihənin məqsədi hərbi qulluqçuların motivasiyasının və döyüş hazırlığı səviyyəsinin artırılmasıdır.
Məlumatı Gürcüstan Müdafiə Nazirliyi mətbuat xidməti yayıb.a