Müdafiə Nazirliyinin məlumatına görə, Cuanşer Burchuladze Sasseks hersoqu şahzadə Harri ilə "İnvictus Games" turnirinin gələcəkdə Gürcüstanda keçirilməsi imkanını müzakirə edib
Müdafiə Nazirliyinin məlumatına görə, Cuanşer Burchuladze Sasseks hersoqu şahzadə Harri ilə "İnvictus Games" turnirinin gələcəkdə Gürcüstanda keçirilməsi imkanını müzakirə edib

 

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, yaralı ( fiziki və əqli cəhətdən zədələnmiş) xidmət personalından ibarət komanda Haaqada keçirilən “İnvictus Games” turnirində uğurla mübarizə aparır. İdarənin məlumatına görə, gürcü hərbçilər artıq bir neçə medal qazanıblar.

“Aleksi Beruaşvili 1500 m məsafəyə qaçışda birinci yeri tutaraq qızıl medal, “Land Rover Challenge” yarışında Murtaz Osepaişvili və Onise Juğeli isə üçüncü yeri tutaraq bürünc medal qazanıblar”- deyə məlumatda bildirilir.

Bununla yanaşı, nazirliyin məlumatında da qeyd olunduğu üzrə, Gürcüstanın müdafiə naziri Haaqada gürcü hərbçilərə azarkeşlik edir. Oyunlara paralel olaraq Cuanşer Burchuladze Birləşmiş Krallığın Sasseks hersoqu şahzadə Harri ilə görüşüb və turnirin gələcəkdə Gürcüstanda keçirilməsi imkanlarını müzakirə edib.

“Hersoq Harri Gürcüstan Müdafiə Nazirliyinin komanda üzvləri ilə danışıb və “İnvictus Games”-in yaralı ( fiziki və əqli cəhətdən zədələnmiş) hərbçilərin ( xidmət personalının) reabilitasiyası prosesinə təsiri və onlara verəcəyi motivasiya barədə nazirliyin üzvlərinin fikirlərini dinləyib.

“İnvictus Games” turniri Birləşmiş Krallığın Sasseks hersoqu Şahzadə Harrinin himayəsi ilə 2014-cü ildən müxtəlif ölkələrdə keçirilir. Aprelin 16-dan 22-i də daxil olmaqla dünyanın 20 ölkəsindən 500 yaralı hərbçi (fiziki və əqli cəhətdən zədələnmiş xidmət personalı) və onların ailə üzvləri “İnvictus Games”-də iştirak etmək üçün Haaqada bir araya gəlib.

“Nazirliyin komandası müxtəlif idman növləri üzrə : oturaq voleybol, oxatma, üzgüçülük, pauerliftinq, atletika, parabasketbol, ​​idman avadanlığında avarçəkmə və “Land Rover” yarışlarda iştirak edir. Hərbi qulluqçular Tserovanidəki Maro Mağaşvili adına Reabilitasiya Mərkəzində, Tbilisinin Para-İnkişaf Mərkəzində, idarənin idman və məşq zallarında təlim keçiblər. Müdafiə Nazirliyinin yaralı hərbçilərdən (fiziki və əqli cəhətdən zədələnmiş xidmət personalı) ibarət komandası dörd dəfə idman yarışlarında iştirak edərək, böyük uğurlar qazanıb. 2014-cü ildə Londonda oxatma üzrə vitse-polkovnik Malxaz Şeğelaşvili bürünc medal qazanıb. 2016-cı ildə ABŞ-ın Orlando şəhərində fərdi yarışda (qaçış) kiçik serjant Qiorqi Bochorişvili gümüş, oturaq voleybol komandası isə üçüncü yeri tutub. 2017 və 2018-ci illərdə Kanada və Avstraliyada oturaq voleybol komandası qızıl medal qazanıb” -deyə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.