Müdafiə Nazirliyinin məlumatına əsasən, planlı hərbi təlim zamanı Müdafiə Qüvvələrinə məxsus uçuş aparatlarından biri qəzaya uğrayıb, pilot həlak olub
Müdafiə Nazirliyinin məlumatına əsasən, planlı hərbi təlim zamanı Müdafiə Qüvvələrinə məxsus uçuş aparatlarından biri qəzaya uğrayıb, pilot həlak olub

 

Cari ilin iyulun 2-də aviasiya komponentinin cəlb olunduğu planlı hərbi təlimlərdən birində Müdafiə Qüvvələrinə məxsus uçuş aparatlarından biri qəzaya uğrayıb. Bu haqda Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayır.

Müdafiə Nazirliyinin verdiyi məlumatda, “Su-25″in qəzaya uğraması nəticəsində Müdafiə Qüvvələrinin Aviasiya və Hava Komandanlığının pilotu Kaxaber Zurabaşvilinin faciəvi şəkildə həlak olduğu deyilir.

“Sözügedən hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq xidmətləri ətraflı araşdırma aparırlar. Müdafiə Nazirliyi faciəvi hadisə ilə əlaqədar məyusluğunu ifadə edir, həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir” – Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.