Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Bürosu İnsidentlərə Reaksiya və Təhlükəsizlik Komandalarının Qlobal Forumuna qoşulub
Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Bürosu İnsidentlərə Reaksiya və Təhlükəsizlik Komandalarının Qlobal Forumuna qoşulub

 

Gürcüstan Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Bürosu İnsidentlərə Reaksiya və Təhlükəsizlik Komandalarının Qlobal Forumuna – FIRST-a qoşulub.

Müdafiə Nazirliyindən verilən məlumatda sözügedən forumun kiber insidentlərə reaksiya vermək üçün ən yaxşı təcrübənin paylaşılması baxımdan qlobal səviyyədə tanınmış platforma olduğu deyilir.

Nazirlikdən açıqlandığı üzrə, FIRST-a qoşulmaq Kibertəhlükəsizlik Bürosunun komandasına müxtəlif praktiki tədbirlərdə iştirak etməklə və təcrübə mübadiləsi aparmaqla, müdafiə sahəsində kiber insidentlərə reaksiya vermək imkanlarını təkmilləşdirməyə və bu baxımdan daim müasir yanaşmalara uyğun olmasına imkan verəcək.