Müdafiə Nazirliyində tərəfdaş ölkələrin müdafiə attaşeləri üçün 2023-cü ilin yekun brifinqi keçirilib
Müdafiə Attaşeləri Assosiasiyasının illik planı çərçivəsində Gürcüstanda akkreditə olunmuş tərəfdaş ölkələrin müdafiə attaşeləri cari il ərzində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə həyata keçirilən layihələr və islahatlarla yaxından tanış olublar.
Müdafiə Nazirliyinin “Armihol”unda 2023-cü ilin yekun brifinqi keçirilib. Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı İrakli Çiçinadze müdafiə sahəsində sıx və səmərəli əməkdaşlığa görə tərəfdaşlara təşəkkür edib.
Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müdafiə qüvvələrinin nümayəndələri diplomatlarla onillik fəaliyyət planında nəzərdə tutulmuş müdafiə qüvvələrinin inkişafının əsas layihələrini və döyüş qabiliyyətlərinin gücləndirilməsi üçün atılacaq addımları müzakirə ediblər. Görüşdə regionda təhlükəsizlik mühiti və mövcud problemlər də müzakirə olunub.
“Gürcüstanın Müdafiə Nazirliyi Gürcüstanda akkreditə olunmuş tərəfdaş ölkələrin müdafiə attaşeləri ilə sıx əməkdaşlıq edir. İl ərzində hərbi attaşelər Müdafiə Nazirliyinin müxtəlif bölmələrində qonaq olur, həyata keçirilən tədbirlərlə yaxından tanış olurlar”, – Müdafiə Nazirliyi qeyd edir.
Müəllif -
Mehemmed Bayramaliyev