Müdafiə Nazirliyində Cuanşer Burchuladze və Ceyms Appaturay arasında görüş keçirilib
Müdafiə Nazirliyində Cuanşer Burchuladze və Ceyms Appaturay arasında görüş keçirilib

 

Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze, NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Appaturayı qəbul edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Cuanşer Burchuladze, suverenlik, ərazi bütövlüyü və NATO-ya inteqrasiya yolundakı sarsılmaz dəstəyinə görə Ceyms Appaturaya  təşəkkürünü bildirib.

Nazir , Gürcüstan Müdafiə Nazirliyi ilə Ceyms Appaturayın sıx və effektiv iş birliyini vurğulayaraq,  NATO ilə yaxınlaşma və uyğunluğun artırılması istiqamətində  onun böyük töhfəsinə diqqət yönəldib.

Müdafiə Nazirliyində keçirilən görüşdə tərəflər NATO-Gürcüstan praktiki əməkdaşlığı və gələcək perspektivləri, NATO-Gürcüstan Mövcud Paketinin (SNGP) təşəbbüslərinin uğurlu icrası, NATO-nun Qara dəniz təhlükəsizliyinin möhkəmləndirilməsi məsələsində fəal iştirakı, Gürcüstan Müdafiə Qüvvələrində davam edən transformasiya və bölgədəki mövcud təhlükəsizlik mühiti kimi  əsas məsələləri müzakirə ediblər.

Ceyms Appaturay , Gürcüstanın müdafiə sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirdi və NATO-nun egidiyası ilə aparılan missiyalarda,  qlobal təhlükəsizliyə verdiyi töhfələrə görə ittifaq adından ölkəmizə təşəkkür etdi.

Ceyms Appaturay, 2010-cu ilin dekabrından NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi vəzifəsini icra edir. Yaxın gələcəkdə bu vəzifədəki fəaliyyətini  başa vuracaq və Təhlükəsizliyin Artan  Çağırışları üzrə Baş katibin köməkçisinin müavini vəzifəsini icra etməyə başlayacaq.

Görüşdə müdafiə nazirinin birinci müavini Lela Çikovani, Gürcüstanın NATO-dakı səfiri Viktor Dolidze, NATO-nun Gürcüstandakı Əlaqə Ofisinin rəhbəri Rozaria Puqlis və digər rəsmi şəxslər iştirak ediblər.