Müdafiə Nazirliyi və Türkiyənin "Medicalpark" xəstəxanalar şəbəkəsi arasında memorandum imzalandı
Gürcüstanın Müdafiə Nazirliyi və Türkiyənin “Mlp Care” qrupun “Medicalpark” xəstəxanalar şəbəkəsi arasında əməkdaşlıq memorandumu imzalandı. Bu barədə Müdafiə Nazirliyi məlumat yayır.
Elə onların məıumatına görə, Müdafiə Nazirliyində rəsmi sənədi Müdafiə nazirinin müavini, Giorgi Bubunauri və “Mlp Care” qrupun Samsun “Medicalparkın” direktoru, Hakan Özcan imzaladılar.
“Əməkdaşlıq memorandumunun məqsədi Gürcüstan Müdafiə Nazirliyinin hərbçilərinə və mülki şəxslərə yüksək keyfiyyətli xidmət göstərməkdir. Əməkdaşlıq həmçinin Gürcüstan Müdafiə Nazirliyinin Giorgi Abramişvili adına Hərbi Hospitalının tibb heyəti ilə təcrübə mübadiləsini və səhiyyə sisteminin inkişafı üçün birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur”, – məlumatda deyilir.