Müdafiə Nazirliyi Mixeil Saakaşvilinin hava səyahəti ilə bağlı bağlanmış müqavilələrin məxfilikdən çıxarılması prosesinə başlayıb
Gürcüstanın Müdafiə Nazirliyi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin hava səyahəti ilə bağlı bağlanmış müqavilələrin məxfilikdən çıxarılması prosesinə başlayıb – Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.
Qurumdan bildirilib ki, sözügedən proses qanunvericiliyə uyğun olaraq agentlikdə müvafiq komissiya tərəfindən həyata keçirilir.
“İctimaiyyətin yüksək marağı və mediada yayılan məlumatlarla əlaqədar Gürcüstanın Müdafiə Nazirliyi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin hava səyahəti ilə bağlı bağlanmış müqavilələrin məxfilikdən çıxarılması prosesinə başlayıb. Qeyd olunan proses qanunvericiliyə uyğun olaraq qurumda müvafiq komissiya tərəfindən həyata keçirilir. Bu məxfilik Müdafiə Nazirliyi ilə MMC “Georgian Airways” arasında 2010, 2011 və 2012-ci illərdə bağlanmış müqavilələrə şamil edilir. Qeyd edək ki, nazirin 2012-ci il tarixli müvafiq əmri əsasında Gürcüstan Müdafiə Nazirliyinin MMC “Georgian Airways” ilə imzalanmış iki müqaviləsi artıq məxfilikdən çıxarılıb. Qeyd olunan müqavilələrə xidmət məqsədi ilə Müdafiə Nazirliyinin büdcəsindən 14 milyon lari ödənilib”- məlumatda deyilir.