Müdafiə Nazirliyi - hərbi qulluqçular xilasedicilərlə birgə axtarış işlərini davam etdirirlər
Təbii fəlakət bölgəsində axtarış əməliyyatları davam edir. Müdafiə Nazirliyinin məlumatına görə, Müdafiə Qüvvələrinin hərbi qulluqçuları Çançaxa və Rioni çaylarının məcralarında və onun adacıq hissələrində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
“Axtarış tədbirlərinin səmərəliliyini artırmaq məqsədilə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti, Milli Qvardiyanın əsgərləri, ehtiyatda olan hərbçilər və xilasedicilərindən ibarət 18 qrup Şovidən 54 kilometr məsafəyə səfərbər olunub. Dörd nəfərdən ibarət hər qrup 3 kilometr məsafədə çay məcrasında monitorinq və axtarış işləri aparır.
Xilasetmə işlərinə Qərb Komandanlığının 3-cü Piyada Briqadasının 31-ci taborunun, eləcə də Milli Qvardiya və Maddi-Texniki Təminat Komandanlığının hərbi qulluqçuları cəlb olunub”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.