Gürcüstanın Müdafiə Nazirliyi bəyanat yayır.
Bəyanatda qeyd edildiyi kimi, ABŞ-Gürcüstan hərbi-siyasi münasibətləri mövzusunda yayılan məlumatlar yalandır.
“Müdafiə Nazirliyi mətbuatda yayılmış ABŞ-Gürcüstan hərbi-siyasi münasibətləri mövzusuna aid olan və məzmununa görə tamamilə yalan olan məlumata münasibət bildirir. Sözügedən məlumatlar siyasi baxımdan qərəzli şəxs tərəfindən yayılır, daha sonra ayrı-ayrı media orqanları və siyasi fəaliyyətlə məşğul olan şəxslər tərəfindən dezinformasiya kampaniyasına start verilir.
Biz ictimaiyyəti, xüsusən belə mühüm mövzunun müzakirəsi zamanı yoxlanılmış məlumatlara etibar etməyə çağırırıq” – Müdafiə Nazirliyinin bəyanatında deyilir.