Müdafiə nazirinin birinci müavini Türkiyənin səfiri və müdafiə attaşesi ilə görüşüb
Müdafiə nazirinin birinci müavini Türkiyənin səfiri və müdafiə attaşesi ilə görüşüb

Gürcüstan müdafiə nazirinin birinci müavini Lela Çikovani Türkiyə Respublikasının səfiri Ali Kaan Orbay və yeni müdafiə attaşesi polkovnik İlhan Oktenduralı qəbul edib. Lela Çikovani polkovnik İlhan Oktenduralı müdafiə attaşesi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə nazirinin müavini Gürcüstanın Türkiyə Respublikası ilə mühüm strateji tərəfdaşlığını, Türkiyənin ölkənin suverenliyinə və Avro-Atlantik inteqrasiyaya güclü və ardıcıl dəstəyini vurğulayıb və Gürcüstanın müdafiə qüvvələrinin inkişafı prosesində qonşu ölkənin ən böyük töhfəsindən danışıb.

Məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın müxtəlif məsələləri, o cümlədən hərbi təhsil, birgə təlimlər, hərbi sənaye, 2024-cü ildə əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

Müdafiə Nazirliyində türkiyəli diplomatlarla keçirilən görüşdə bölgədəki təhlükəsizlik mühiti və mövcud problemlər barədə də danışılıb.