Müdafiə naziri yanğınsöndürmə işləri ilə yerindəcə tanış olub
Müdafiə naziri yanğınsöndürmə işləri ilə yerindəcə tanış olub

 

Gürcüstanın Müdafiə Qüvvələri artıq ikinci gündür Borcomi Munisipalitetində fəlakət zonasında yanğının söndürülməsində fəal iştirak edir.

Gürcüstanın müdafiə naziri bu gün də yanğınsöndürmə işlərinin gedişatı ilə şəxsən tanış olub. Cuanşer Burchuladze yenidən bölgəyə gedib və yanğının söndürülməsi prosesini şəxsən müşahidə edib.

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin əmri ilə müdafiə qüvvələri Borcomi Munisipalitetində təbii fəlakətin qarşısının alınması və yanğınsöndürmə tədbirlərinin effektiv həyata keçirilməsi üçün prosesə cəlb edilib.

Hazırda yanğının söndürülməsi işlərini Ordunun Maddi-Texniki Təminat Komandanlığının və Şərq Komandanlığının I briqadasının və Mühəndis-döyüş batalyonunun Çevik Reaksiya Radiasiya, Kimyəvi və Bioloji Mühafizə yüzlüyünün şəxsi heyəti tərəfindən həyata keçirilir.

Hərbçilər MTLB xüsusi -istənilən yerdə hərəkət edə bilən tirli yanğın-xilasetmə texnikasının, sudaşıyanlar və çox oxlu yanğınsöndürən maşınların köməyi ilə yanğını vaxtında lokallaşdırmağa çalışırlar.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.