Müdafiə naziri həlak olmuş hərbçilərin övladlarını Yeni il münasibətilə təbrik edib
Müdafiə naziri həlak olmuş hərbçilərin övladlarını Yeni il münasibətilə təbrik edib

 

Gürcüstan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Army Hall”da 2008-ci ilin avqust müharibəsində, beynəlxalq sülhməramlı missiyalarda və xidməti borcunu yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların övladları üçün Yeni il tədbiri keçirilib.

Müdafiə Nazirliyinin məlumatında müdafiə nazirinin qəhrəmanların övladlarını Yeni il münasibətilə təbrik etdiyi deyilir. Cuanşer Burchuladze və Müdafiə Qoşunları komandanının müavini, general-mayor Zaza Chxaidze uşaqlara yeni il hədiyyələri veriblər.

Müdafiə Nazirliyinin “Army Hall”unda gürcü estrada müğənniləri – Laşa Ğlonti, Anri Coxadze, Nodiko Tatişvili, Salome Bakuradze, Datuna Sirbiladze, Oto Nemsadze, Andria Qvelesiani və Ani Kekua qəhrəmanların övladları üçün bayram əhval-ruhiyyəsi yaradıblar. Yeni il konsertində Müdafiə Nazirliyinin hərbi orkestri tamaşaçılar üçün yeni il kompozisiyalarını ifa edib.