Müdafiə naziri Birləşmiş Krallığın səfini qəbul etdi
Müdafiə naziri Birləşmiş Krallığın səfini qəbul etdi

Gürcüstanın Müdafiə naziri, Cuanşer Burçuladze Böyük Britaniyanın fövqəladə və səlahiyyətli səfiri, Mark Kleytonu qəbul etdi.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər iki ölkə arasında Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avroatlantik strukturlarına cəhdlərinin dəstəklənməsində əksini tapan dostluğu müzakirə etdilər.

Müdafiə naziri Britaniya diplomatı ilə görüşdə bölgədə təhlükəsizlik məsələlərini müzakirə etdi. Görüşdə Gürcüstan və Böyük Britaniya qoşunlarının beynəlxalq hərbi təlimlərdə iştirakı, Müdafiə Nazirliyinin kiber-təhlükəsizlik sahəsində əməkdaşlığı, NATO-Gürcüstan Paketinin (SNGP) həyata keçirilməsi və gürcü hərbçilərinin Avropa İttifaqının sülhməramlı missiyalarında iştirakı müzakirə olundu.