Müdafiə İnstitusional Quruculuq Məktəbi Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin assosiativ tərəfdaşı oldu
Müdafiə İnstitusional Quruculuq Məktəbi Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin assosiativ tərəfdaşı oldu

 

Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin (ESDC) Müşahidə Şurası tərəfindən Müdafiə İnstitusional Quruculuq Məktəbinə (DIBS) assosiativ tərəfdaş statusu verilib.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bu qərarla DİBS-in Gürcüstanda Avropa İttifaqına bağlı ilk təlim institutu olduğu deyilir.

Nazirlikdən verilən məlumatda statusun verilməsindən əvvəl Müdafiə İnstitusional Quruculuq Məktəbinin nümayəndə heyətinin Belçika Krallığının Brüssel şəhərində rəsmi səfərdə olduğu deyilir. Səfər çərçivəsində məktəbin direktoru və müavini Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin (ESDC) elmi şurasının iclasında iştirak ediblər.

Görüşdə Avropanın təhlükəsizlik və müdafiə siyasətinin prioritetləri, eləcə də Avropa İttifaqının və onunla bağlı təhsil müəssisələrinin beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi prosesində rolu və əhəmiyyəti müzakirə edilib. Şuranın iclasında məktəbin direktoru DİBS-in fəaliyyətindən danışıb və təhsil fəaliyyəti ilə təhsil ocağının Avropa təhlükəsizliyinin möhkəmləndirilməsinə dəstək vermək qabiliyyətini və istəyini vurğulayıb. DIBS-nin assosiativ üzvlüyü elmi şura tərəfindən yekdilliklə təsdiq edilib.

Assosiativ tərəfdaş statusu ilə, Müdafiə İnstitusional Quruculuq Məktəbi Avropa İttifaqının təlim tapşırıqlarını dəstəkləyəcək , eləcə də birgə təlim aktivlikləri planlaşdırılacaq. Cari ilin iyun ayında Müdafiə İnstitusional Quruculuq Məktəbi daha bir vacib tanınma qazanıb. Məktəb NATO-nun 6 illik, qeyd-şərtsiz institusional akkreditasiyasını alıb və Gürcüstan regionda NATO tərəfindən akkreditasiya olunmuş təhsil müəssisəsi olan ilk tərəfdaş ölkə oldu.

Müdafiə İnstitusional Quruculuq Məktəbi NATO tərəfindən akkreditə olunmuş və Avropa İttifaqına bağlı təhsil müəssisəsi kimi regional kontekst nəzərə alınmaqla 2023-cü ildən Gürcüstanda NATO-Aİ siyasətinin həyata keçirilməsinə dəstək verəcək.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.