Müdafiə Qüvvələrinin Milli Qvardiyası və rezervistləri Ğvareli munisipalitetində yanğınsöndürmə işlərində iştirak edirlər
Müdafiə Qüvvələrinin Milli Qvardiyasının 20-ci kadr briqadasının şəxsi heyəti və ərazi rezervinin 201 və 202-ci yüzlüyünün rotaları Şilda kəndi yaxınlığında baş verən meşə yanğınının söndürülməsini davam etdirirlər. Bu barədə məlumatı Müdafiə Nazirliyi yayır.
Hərbi xidmətçilər vərezervistlər fövqəladə hallar idarəsi xidmətinin yanğınsöndürənləri ilə fəal koordinasiyada iş aparırlar.
“Milli Qvardiyanın rəisi, briqada generalı Roman Coxadze hadisə yerində yanğınsöndürmə işləri ilə tanış olur. Rezervistlər və şəxsi heyət böhran vəziyyətində xüsusi hazırlıq kursu keçib və fövqəladə hallara cavab dəsti ilə təchiz olunubdur. Ğvareli munisipalitetində təbii fəlakətin qarşısının alınması məqsədilə, yanğınsöndürmə işlərinin effektli aparılması üçün müdafiə qüvvələri baş nazirin tapşırığına əsasən qoşuldu”, – məlumatda deyilir.araz