Müdafiə qüvvələrinin komandanı hərbi qulluqçular tərəfindən görülən yanğınsöndürmə işləri ilə tanış olub
Müdafiə qüvvələrinin komandanı hərbi qulluqçular tərəfindən görülən yanğınsöndürmə işləri ilə tanış olub

 

Müdafiə qüvvələrinin komandanı taktiki komanda məntəqəsində fəlakət zonasında hərbi qulluqçuların iştirakı ilə görülən yanğınsöndürmə işləri ilə bilavasitə tanış olub-bu barədə məlumatı Müdafiə Nazirliyi yayır.

İdarədən verilən məlumatda, Şərq komandanı, briqada generalı Roland Dzneladzenin yanğının yayılma ocaqları haqqında general-mayor Qiorqi Matiaşviliyə məlumat verdiyi və yanğının söndürülməsi prosesində Müdafiə Qüvvələrinin müxtəlif bölmələri tərəfindən həyata keçirilən və davam etdirilən işlər barədə məruzə təqdim etdiyi deyilir.

“Ordunun Maddi-Texniki Təminat Komandanlığının, Şərq Komandanlığının birinci piyada briqadasının və Mühəndis-döyüş batalyonunun çevik reaksiyasının radiasiya, kimyəvi və bioloji müdafiə yüzlüyünün şəxsi tərkibi fəlakət zonasında, şərq sektorda- Dviri kəndi istiqamətində yanğınsöndürmə işlərini həyata keçirir.

Hərbçilər artıq dördüncü gündür yanğının söndürülməsi prosesində fəal iştirak edir və işləri xüsusi maddi-texniki vasitələrin – MTLB xüsusi -istənilən yerdə hərəkət edə bilən tirli yanğın-xilasetmə texnikasının, sudaşıyanlar və çox oxlu yanğınsöndürən maşınların köməyi ilə həyata keçirirlər. Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin əmri ilə müdafiə qüvvələri təbii fəlakət zonasında fəlakətin qarşısının alınması və yanğın əleyhinə tədbirlərin effektiv həyata keçirilməsi məqsədilə prosesə qoşulublar” – deyə Müdafiə Nazirliyinin məlumatında deyilir.