Mtsvane Kontsxi Qara dənizlə müasir kanad yolu ilə birləşdiriləcək - beş ulduzlu mehmanxana kompleksi inşa ediləcək
Mtsvane Kontsxi Qara dənizlə müasir kanad yolu ilə birləşdiriləcək- İnformasiyanı Gürcüstanın Turizm İnkişafı Fondu yayır. Fond Mtsvane Kontsxidə beş ulduzlu müalicəvi-sağlamlaşdırıcı mehmanxana kompleksini inşa edir. Layihə öz məğzi baxımından görünməmiş haldır, o, kanad yolu ilə Mtsvane Kontsxini Qara dəniz sahili ilə birləşdirəcək, kompleks yüksək səviyyəli beynəlxalq müalicəvi-sağlamlaşdırıcı mərkəzlərini xarakterizə edən bütün atributları əhatə edir.
25 ildən artıqdır ki, Mtsvane Kontsxidə 80-ci illərdə qurulmuş açıq kürsülü kanad yolu dağıdılıb və bir daha fəaliyyət göstərmir. İnformasiyada qeyd edildiyi kimi, kompleks çərçivəsində yüksək standartlara malik “Dopelmayer” alman şirkəti tərəfindən yeni, ictimai təyinatlı kanad yolu qurulacaqdır ki, bunun da ötürücülüyü gündə 5 min nəfər olacaq və istənilən hər bir arzu edən şəxs dənizdən bir neçə dəqiqə ərzində Mtsvane Kontsxidə olacaq. Kanad yolunun inkişafı çərçivəsində aşağı stansiyanın həndəvərində kafe-restoran və üzgüçülük hovuzu təşkil ediləcək.
Mehmanxana kompleksində müxtəlif kateqoriyaya malik 250-yə qədər otaq, açıq və qapalı hovuzlar, futbol, tennis, basketbol meydançaları, uşaq əyləncə mərkəzi və kino-teatr fəaliyyət göstərəcək. Bundan başqa mehmanxana istənilən formatda beynəlxalq konfranslara ev sahibliyi edəcək.
Mehmanxananın bütün ərazisində məhdud imkanlara malik şəxslər üçün müvafiq infrastruktur qurulacaq. Müalicəvi-sağlamlaşdırıcı kompleks istirahət edənlərə ilin istənilən vaxtında xidmət edəcəkdir ki, bu da öz müqabilində intensiv turizmin inkişafına imkan yaradacaqdır.
Layihə üçün lazım olan torpaq sahəsini şirkət bazar qiymətinə əldə etmişdir. Kompleksin həndəvərindəki sahil zolağı, planlaşdırıldığı kimi, açıq və ictimai təyinatlı olacaq.