Mtsxeta-Stepantsminda-Larsi yolunun 136-cı kilometrliyində nəqliyyatın hərəkəti qadağan edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata əsasən, güclü yağış və bol yağıntı səbəbilə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 136-cı kilometrliyində (neytral zona) Terqi çayının daşması nəticəsində, yolun bir hissəsi zədələnib.
Qurumdan verilən məlumata görə, qeyd olunmuş problem ilə əlaqədar müvafiq tədbirlər görülənə qədər sözügedən hissədə bütün növ nəqliyyatın hərəkəti qadağan edilib.