Mtsxeta-Stepantsminda-Larsi yolunun 136-cı kilometrliyində nəqliyyatın hərəkəti bərpa edilib
Mtsxeta-Stepantsminda-Larsi yolunun 136-cı kilometrliyində nəqliyyatın hərəkəti bərpa edilib

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, görülən işlər nəticəsində, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 136-cı kilometrliyində (neytral zona) avtomobillərin hərəkəti bərpa edilib.

Xatırlatmaq istərdik ki, sözügedən avtomobil yolunun 136-cı kilometrində güclü yağış və bol yağıntı səbəbilə Terqi çayının daşması nəticəsində 80 m-dək əraziyə ziyan dəyib, bu səbəbdən qeyd olunan hissədə müvəqqəti olaraq bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilmişdi.