Mtsxeta-Stepantsminda-Larsi yolunun 136-cı kilometrliyində 80 metrə qədər hissə zədələnib
Mtsxeta-Stepantsminda-Larsi yolunun 136-cı kilometrliyində 80 metrə qədər hissə zədələnib

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, güclü yağış və bol yağıntı nəticəsində, axşam gec saatlarda beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 136-cı kilometrliyində (neytral zona) Terqi çayının daşması nəticəsində, yolun 80 metrlik hissəsi zədələnib.

Avtomobil Yolları İdarəsinin müvafiq xidmətlərinin nümayəndələri təbii fəlakət zonasındadırlar və yolun tezliklə bərpa olunması üçün mövcud vəziyyəti yerindəcə öyrənirlər. Hadisə yerinə xüsusi texnika səfərbər olunub və daşmış çayın səviyyəsi enən kimi yolun bərpası işlərinə başlanacaq.

Müvafiq tədbirlər görülənə qədər Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 136-cı kilometrliyində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır.