Mtsxeta Rayon Məhkəməsi polisə hücum və cinayəti ört-basdır etməyə görə ittiham olunmuş şəxslər barəsində həbs-qətimkan tədbiri seçib
Mtsxeta Rayon Məhkəməsi polisə hücum və cinayəti ört-basdır etməyə görə ittiham olunmuş şəxslər barəsində həbs-qətimkan tədbiri seçib

 
Mtsxeta Rayon Məhkəməsi polisə hücum və cinayəti ört-basdır etməyə görə ittiham olunmuş Beka və Qiorqi Şenqelialar barəsində həbs-qətimkan tədbiri seçib.

Hakim bu qərarla prokurorluğun vəsatətini təmin edib.

Hakim Aleksandre Mzirişvili əsaslandırılmış ehtimalla gizlənmə risklərinin olduğunu bildirib.

Məhkəmə tərəfindən hökmün elan edilməsindən sonra təqsirləndirilən şəxslərdən biri prokurorları şifahi təhqir edib və ayaqqabı atıb. Təqsirləndirilən şəxsi müşaiyət heyətinin əməkdaşları məhkəmə salonundan çıxarıblar.

Gürcüstan Prokurorluğu polis əməkdaşına və onun avtomobilinə hücum etmək, polis əməkdaşının sağlamlığına qəsd və xüsusilə ağır cinayət barədə məlumat verilməməsi faktı üzrə Mtsxetada baş vermiş hadisə ilə əlaqədar iki şəxs barəsində mayın 8-də ittiham irəli sürüb.