Mtsxeta-Mtianeti vilayətinin dövlət müvəkkilinin müavini - Şiomğvime monastırının yaxınlığında təmizlik işlərinə başlanılıb, lazım gələrsə, əlavə texnika səfərbər olunacaq
Mtsxeta-Mtianeti vilayətinin dövlət müvəkkilinin müavini Qoça Kavtaradzenin açıqlamalarına görə, qaya kütləsinin aşdığı Şiomğvime monastırının yaxınlığında təmizlik işləri aparılır.
Onun təbirincə, hadisə yerində müvafiq mütəxəssislər də var və müşahidə aparılır.
“Geoloji Xidmətin tövsiyəsinə əsasən təmizləmə işlərinə başlanılıb, dağılmış kütlə dərənin ərazisindən çıxarılır. Təbii ki, ərazidə mütəxəssislər var. Təmizlik işləri təhlükəsizlik nəzərə alınmaqla aparılır. Mütəxəssislərin tövsiyəsi əsasında zərurət yaranarsa, əlavə texnika səfərbər olunacaq”, – Qoça Kavtaradze bildirib.