Mtsxeta-Mtianeti dövlət müvəkkilinin administrasiyası-geoloqlar Şiomğvime monastırının yaxınlığında mövcud vəziyyəti öyrənib və müvafiq tövsiyələr veriblər
Geoloji Xidmət Şiomğvime monastırının ərazisinin ilkin əlavə tədqiqatlarını başa çatdırıb və müvafiq tövsiyələr verib-bu barədə Mtsxeta-Mtianeti dövlət müvəkkilinin müavini Qoça Kavtaradze danışıb .
Onun təbirincə tövsiyə əsasında yaxın bir neçə saat ərzində monastırın sağ tərəfinə düşmüş kütlənin çıxarılması işlərinə başlanılacaq.
“Müvafiq mütəxəssislər ərazidə olub, mövcud vəziyyəti öyrəniblər, bir neçə saatdan sonra təmizlik işlərinə başlanacaq. Tövsiyə olunub ki, monastırın sağ tərəfində, qayalıq tərəfdə yerləşən ərazi qismən məhdudlaşdırılsın, zəvvarların, turistlərin və rahiblərin hərəkətinə məhdudiyyət qoyulsun. Eyni zamanda, biz müşahidə etməyə davam edəcəyik. Hələlik geoloqlar mövcud vəziyyəti öyrənib və müvafiq tövsiyələr veriblər”, – Qoça Kavtaradze bildirib.