Mtsxeta-Mtianeti bölgəsi üzrə dövlət nümayəndəsi-iki gün əvvəl qaya kütləsinin çökdüyü Şiomğvime monastırının yaxınlığında təmizləmə işləri başa çatıb
İki gün əvvəl qaya kütləsinin çökdüyü Şiomğvime monastırının yaxınlığında təmizləmə işləri başa çatıb-bu barədə Mtsxeta-Mtianeti bölgəsi üzrə dövlət nümayəndəsi Davit Nozadze danışıb.
Davit Nozadze hazırda məhdudiyyətin yalnız işlərin bilavasitə aparıldığı ərazilərdə tətbiq edildiyini bildirib.
“Geoloqlar tərəfindən ilkin tövsiyələr verilib. Bu vaxt üçün işlər artıq yekunlaşdırılıb, texnika öz işini başa çatdırıb, parçalanaraq tökülmüş qaya kütləsi ərazidən yığılıb. Heç bir təhlükə yoxdur. Konkret tövsiyələr geologiya mütəxəssisləri tərəfindən yazılı şəkildə təqdim olunacaq. Bilavasitə işlərin aparıldığı ərazinin yalnız bir hissəsi məhdudlaşdırılıb. Geoloqların rəyini gözləyəcəyik və hər hansı göstəriş versələr, onların tövsiyələrinə uyğun olaraq işləri aparacağıq” – deyə Davit Nozadze açıqlayıb.
Bundan əlavə, Davit Nozadzenin jurnalistlərə açıqladığı üzrə geoloqların rəyi təxminən iki günə məlum olacaq.
Media nümayəndələri Davit Nozadzedən ərazidə nə qədər təhlükənin olduğunu soruşublar, bu suala o, belə cavab verib-
“Teorik olaraq müəyyən bir hissənin çökməsi mümkündür, lakin həqiqətən bunun gözlənildiyinə dair heç bir əlamət yoxdur. Kiçik bir kütlənin düşməsi halında, yenidən təmizləmə işləri aparmaq lazım gələcək. Təhlükə yaradacaq şəkildə deyil”- deyə Davit Nozadze bildirib.