Mtkvari çayında qeyri-qanuni tikintilər ilə bağlı sərt tədbirlər həyata keçiriləcək
Mtkvari çayında qeyri-qanuni tikintilər ilə bağlı sərt tədbirlər həyata keçiriləcək

Paytaxtın meri Kaxa Kaladze Meriyanın Nəzarət Xidmətindən xahiş etdi ki, Mtkvari çayındaki qeyri-qanuni tikintilərin demontajı üçün konkret şəxslərə taprşırıq və müəyyən vaxt verilsin.

Əgər onlar inşaat etdikləri obyektləri özləri demontaj etməkdən imtina etsələr, o zaman qanuni üsullara müraciət ediləcək.

Kaxa Kaladzenin bəyan etdiyinə görə, Mtkvari çayının ətrafında illərdir qeyri-qanuni tikintilər inşaat edilir və bu çox pisdir.

“Müəyyən şəxslərə vaxt verin ki, inşaat etdikləri obyektləri özləri demontaj etsinlər, əks təqdirdə, qanun çərçivəsində hərəkət edəcəyik” – dedi Kaxa Kaladze.