"Mtavari Arxinin" aparıcısı, Laşa Nakaidzeyə qarşı məhkəmə həbs qətimkan tədbirini seçdi
“Mtavari Arxinin” aparıcısı, Laşa Nakaidzeyə qarşı Tbilisi Şəhər Məhkəməsi həbs qətimkan tədbirini seçdi.
Hakim qərarı bir neçə dəqiqə əvvəl bəyan etdi.
İttiham tərəfi həbs qətimkan tədbiri seçilməsini tələb edirdi. Prokurorun sözlərinə görə, qaçmaq, cinayəti yenidən törətmək və şahidlərə təsir etmək təhlükəsi var.
Hakim ittiham tərəfinin vəsatətinə əsasən iclası bağladı. İttiham tərəfi iclasın bağlanmasına səbəb kimi, işin cinsi zorakılıqdan getməsini göstərdi.
Prokurorluq Laşa Nakaidzeyə qarşı zorlama, məişət zorakılığı və həyatla hədələmə faktları üzrə ittiham irəli sürüdü, bu da altı ildən səkkiz ilədək həbs cəzası nəzərdə tutur.