Mtatsminda rayonunda aralıq seçkilərinin ikinci turuna 52 yerli və yeddi beynəlxalq təşkilat nəzarət edəcək
İyunun 9-da, Tbilisidə, N1 majoritar seçki məntəqəsində Gürcüstan Parlamentinin aralıq seçkilərinin ikinci turu keçiriləcək.
MSK-da bəyan etdilər ki, seçki üçün 31 seçki məntəqəsi hazırdır, harda 43 909 seçici qeydiyyatdan keçib.
Aralıq seçkilərinin ikinci turuna 52 yerli və yeddi beynəlxalq təşkilat nəzarət edəcək.
Seçim iki namizəd arasında olacaq, – Lado Kaxadze – “Gürcü Arzusu” və Şalva Şavqulidze – “Avropa Gürcüstanı”.