Mtatsminda parkının yanında xarici ölkə vətəndaşını soymaqla ittiham edilən iki nəfər həbs edildi
Mtatsminda parkının yanında xarici ölkə vətəndaşını soymaqla ittiham edilən iki nəfər Rustavidə həbs edildi, – bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
Nazirliyin məlumatına görə, 1997-ci il təvəllüdlü M.Z. və 1998-ci il təvəllüdlü V.K.-yı yeddi il həbs cəzası gözləyir.
İstintaq nəcisənidə məlum oldu ki, 1948-ci il təvəllüdlü C.H.K-yı Tbilisidə, Amağleba küçəsinin yaxınlığında, Mtatsminda parkına doğru gedən yolda iki nəfər təhdid edərək, 200 dollar və 800 lari aldılar.
Zərər görən şəxs baş verən hadisə haqqında polisə bildirdi.
Köhnə Tbilisi Polis İdarəsinin əməkdaşları soyqun haqqında gələn xəbərdən bir neçə saat sonra, cinayətkarların kimliyini operativ şəkildə müəyən etdilər və hər ikisinidə həbs etdilər.
İttiham edilən şəxslər suçlarını etiraf etdilər.