MSX - Yanvar-noyabr aylarında Gürcüstanda mallarla xarici ticarət dövriyyəsi 6,6 faiz artıb
Milli Statistika Xidmətinin ilkin məlumatlarına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Gürcüstanda mallarla xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət olmadan) 21 109,2 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 6,6 faiz çoxdur.
Bundan, dekabr-noyabr ayları ərzində Gürcüstanda mallarla xarici ticarət dövriyyəsinə əsasən, ixrac 6 011,0 mln. ABŞ dolları olub, yəni 7,9 faiz artıb, idxal isə 15 098,2 mln. ABŞ dolları – artım 6,1 faiz təşkil edib.
2024-cü ilin yanvar-noyabr aylarında mənfi ticarət saldosu 9 087,3 mln. ABŞ dolları xarici ticarət dövriyyəsinin 43,0 faizini təşkil edib.