MSX - yanvar-martda Gürcüstanda mallarla xarici ticarət dövriyyəsi 22.1 faiz artdı
Milli Statistika Xidmətinin ilkin göstəricilərinə görə, 2023-ci ilin yanvar-martında Gürcüstanda malların xarici ticarət dövriyyəsi (bəyannaməsiz ticarət olmadan) 4 783.8 milyon ABŞ dollarını təşkil etdi, bu isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.1 faizlə artıqdır.
Buradan, Milli Statistika Xidmətinin məlumatına görə, eksport 1 461.5 milyon ABŞ dollarını təşkil etdi, yəni 24.7 faizlə artıq, import isə, 3 322.3 milyon ABŞ dollarını təşkil etdi, yəni 21.0 faizlə artıq.
Mənfi ticarət balansı 2023-ci ilin yanvar-martında 1 860.8 milyon ABŞ dollarını və xarici ticarət dövriyyəsinin 38.9 faizni təşkil etdi.