MSX- yanvar-iyul aylarında Gürcüstan üçün ən böyük ixracatçı ölkə Ermənistan, ən böyük idxalçı ölkə isə Türkiyə olub
MSX- yanvar-iyul aylarında Gürcüstan üçün ən böyük ixracatçı ölkə Ermənistan, ən böyük idxalçı ölkə isə Türkiyə olub

 
Milli Statistika Xidmətinin ilkin göstəricilərinə əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Gürcüstanın ümumi ixracında on ən böyük ixrac tərəfdaşı ölkənin payı 80,8 faiz təşkil edib.

“Ən böyük ixracatçı üçlüyündə Ermənistan 495,0 mln. ABŞ dolları ilə birinci yerdə, Azərbaycan 485,3 mln. ABŞ dolları ilə ikinci yerdə, 416,2 mln. ABŞ dolları ilə Rusiya isə üçüncü yerdə qərarlaşır”-deyə MSX-nin yaydığı məlumatda deyilir.

İdxala gəlincə, qurumun yaydığı məlumata əsasən, bu ilin yanvar-iyul aylarında Gürcüstanın ümumi idxalında on ən böyük idxal tərəfdaşı ölkənin payı 70,7 faiz təşkil edib. İlk üçlükdə 1 420,6 milyon. ABŞ dolları ilə Türkiyə , 1 087,5 mln. ABŞ dolları ilə Rusiya və 975,3 mln. ABŞ dolları ilə ABŞ qərarlaşıb.

Bundan başqa, qurumun hesabatına əsasən, 2023-cü ilin yanvar-iyul aylarında əmtəə qruplarından ixrac onluğunda 1 177,8 mln. ABŞ dolları ilə yüngül avtomobillər birinci yeri tutub, bu da ümumi ixracın 32,9 faizini təşkil edir. İkinci yeri 380,6 mln. ABŞ dolları ilə mis filizləri və konsentratları tutur , təbii üzüm şərabları isə 150,3 mln. ABŞ dolları ilə üçüncü yeri tutur.

MSX-nin yaydığı məlumatlarda qeyd olunduğu üzrə, 2023-cü ilin yanvar-iyul aylarında ən böyük idxal əmtəə qrupu yüngül avtomobillər şəklində təmsil olunub, idxalı 1 620,1 mln. ABŞ dolları ilə ümumi idxalın 19,0 faizini təşkil edib. İkinci yeri 608,5 mln. ABŞ dolları ilə neft və neft məhsulları tutur, qablaşdırılmış müalicəvi məhsullar isə 307,7 mln. ABŞ dolları ilə üçüncü yeri tutur.