MSX- Yanvar-fevral aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 4,8 faizlə azalıb
MSX- Yanvar-fevral aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 4,8 faizlə azalıb

 
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2024-cü ilin yanvar-fevral aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi (bəyan olunmamış ticarət olmadan) 2950,1 mln. ABŞ dolları təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faizlə azdır.

Bundan, Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, ixrac 803,3 mln. ABŞ dolları təşkil edib, yəni 12,2 faizlə azalıb, idxal isə 2 146,8 mln. ABŞ dolları təşkil edib- azalma 1,6 faiz olub.

2024-cü ilin yanvar-fevral aylarında Gürcüstanın mənfi ticarət saldosu 1 343,5 mln. ABŞ dolları təşkil edib, bu xarici ticarət dövriyyəsinin 45,5 faizidir.

Qurumun hesabatına əsasən, 2024-cü ilin yanvar-fevral aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində on ən böyük ticarət tərəfdaşı ölkənin payı 67,7 faiz təşkil edib. Ölkənin ən böyük ticarət tərəfdaşları -471,9 mln. ABŞ dolları ilə Türkiyə, 410,6 mln. ABŞ dolları ilə Rusiya və 221,7 mln. ABŞ dolları ilə Çindir.